Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskə səfər edib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bu gün belaruslu həmkarı Aleksandr Lukaşenko ilə İttifaq dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcək.
İki ölkə liderinin, həmçinin təhlükəsizlik məsələlərini müzakirə edəcəyi, eləcə də ikitərəfli görüş keçirəcəyi planlaşdırılır.
Xatırladaq ki, dünən yayılan məlumata görə, Putin ölkənin Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalaması barədə təklifini qəbul edib. Sazişinin bu gün tədbir çərçivəsində imzalanacağı gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR