Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124853
az

Hizbullah Suriyaya terrorçularla mübarizədə kömək edəcəyinə söz verib

21:4905 Dekabr, 2024
47
DÜNYA
  • A

Livanın Hizbullah təşkilatı terror qruplaşmalarına qarşı mübarizədə Suriya rəhbərliyinə dəstək verəcək.

Oxu24.com xəbər verir ki, bunu şiə hərəkatının baş katibi Nəim Qasım deyib.

“Biz bu terror təcavüzünə müqavimət göstərmək üçün Suriyanın yanında olacağıq”, – Qasim deyib.

O, həmçinin əlavə edib ki, terrorçuların hərəkətlərinin arxasında ABŞ başda olmaqla Qərb qüvvələri dayanır.

Bu günlərdə Yaxın Şərq Hərbi Analitik Mərkəzinin rəhbəri Riad Kahvaci qeyd edib ki, 2012-ci ildən Suriya ordusunun tərəfində vuruşan Hizbullah döyüşçüləri terrorçu qrupların məğlub edilməsində və prezident Bəşər Əsəd hökumətinin qorunmasında mühüm rol oynayıb. Buna görə də onların İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Livana məcburi geri çəkilmələri Cəbhət ən-Nusra qruplaşmasının (Rusiyada qadağan olunmuş təşkilat) silahlılarının işğalından əvvəl güc balansını pozdu və Hələbin şimalındakı müdafiə xətlərini zəiflətdi.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçirib.

Bundan əvvəl Suriyadakı radikallar Pantsir və S-200 hava hücumundan müdafiə sistemlərini ələ keçirmişdilər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
HƏMAS dörd israilli girovu azad etdi
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı