Pakistan mətbuatında yer alan xəbərlərə görə, 2023-cü il avqustun 5-dən həbsdə olan keçmiş baş nazir İmran Xana qarşı yeni iş açılıb.
Oxu24.com xəbər verir ki, yeni işdə İmran Xan ötən il baş vermiş nümayişlər zamanı mayın 9-da İslamabadda Pakistan Ordusu Mərkəzi Qərargahına qarşı zorakılıqlarda iştirak etməkdə ittiham olunur.
İş materiallarında İmran Xanın qurduğu Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarı olan yüzlərlə etirazçının ordu qərargahına hücum etdiyi bildirilir.
PTI isə ittihamları rədd edir və İmran Xan və daha 100 həbsdə olan partiya üzvünün günahsız olduğunu iddia edir.
Keçmiş baş nazir Xan Pakistan parlamentinin 2022-ci ildə etimad səsverməsi verməməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Xan korrupsiyadan tutmuş terrorizmə qədər çoxsaylı məhkəmə işlərinə görə 2023-cü il avqustun 5-dən həbsdədir.
Miri
Oxu24.com
ŞƏRHLƏR