Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124819
az

Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib- Səbəb məlum oldu

16:2205 Dekabr, 2024
42
SİYASƏT
  • A

Xəbər verdiyimiz kimi, Ermənistan XİN ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün nəzərdə tutulmadığını açıqlayıb.

Oxu24.com un APA-ya istinadən məlumatına görə, XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detalları məlum olub.

Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

“Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

 
   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclis Ermənistana təzyiq     etməyə    çağırdı
Prezident İranın Təhlükəsizlik Şurasının katibini qəbul etdi- FOTOLAR
XİN gəmilərdəki vətəndaşlarımızın    sayını     açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi