Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124816
az

Bu fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək

16:0405 Dekabr, 2024
40
İQTİSADİYYAT
  • A

2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq. Qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb. 

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Müqayisəli üstünlüyə malik qaragilə (mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövlət tərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyata keçirilir. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək. 

Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur. 

Qeyd edək ki, hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə (mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən, xaricdən gətirilir. 

Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi in-vitro üsulu ilə çoxaldılır. 
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xarici bazarlara pomidor ixracındanə qədər   artım   olub?
Azərbaycan    nefti    bahalaşdı
Azərbaycanda yeni           rüsumlar        müəyyənləşdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Polis Bakıda oğurluq və dələduzluq     edənləri     saxladı