Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124727
az

Gürcüstan Ombudsmanı polisi işgəncədə ittiham edir

18:2804 Dekabr, 2024
39
DÜNYA
  • A

Gürcüstanın ombudsmanı Levan İoseliani bildirib ki, ölkədə keçirilən beş günlük etiraz aksiyaları ərzində Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin əməkdaşları aksiyalar zamanı saxlanılan və ya yaralanan 201 nəfərə təcridxanalarda və xəstəxanalarda baş çəkiblər.

Oxu24.com xəbər verir  ki, “xəsarətlərin yeri, xarakteri və şiddəti polisin cəza vasitəsi kimi vətəndaşlara qarşı zorakılıq üsullarından istifadə etməsi barədə cəlbedici mənzərə yaradır. Cəza məqsədi ilə qəsdən və şiddətli zorakılıq işgəncə aktıdır”, - deyə bəyanatda vurğulanıb.

Ombudsman Gürcüstan Daxili İşlər Nazirliyini polisin bu cür hərəkətlərini açıq şəkildə pisləməyə və polis əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 3-də keçirilən aksiyada 22 nəfər inzibati xəta törətməkdə şübhəli bilinərək saxlanılıb. Paper Kartuli qeyd edir ki, etirazlar başlayandan indiyədək ümumilikdə 315 nəfər inzibati qaydada həbs edilib. Daha 6 etirazçı cinayət ittihamı ilə saxlanılıb. Bir çox məhbus polisin onları döyməsindən şikayətlənir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü