Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124683
az

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar verib

13:0004 Dekabr, 2024
39
CƏMİYYƏT
  • A

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı” təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürülür:

kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;

kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib
8 gün iş OLMAYACAQ
Prezidentə başsağlığı verildi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var