Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124618
az

Estoniya və Litvanın səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

17:5603 Dekabr, 2024
29
DÜNYA
  • A

Gürcüstan Xarici İşlər Nazirliyi Estoniya və Litva səfirlərini, eləcə də Latviyanın müvəqqəti işlər vəkilini danışıqlara çağırıb.

Oxu24.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüşdə üç ölkənin Gürcüstanın hökumət rəhbərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlar verməsindən narahatlıq ifadə olunub. Qeyd olunub ki, bu addım ölkələr arasında tərəfdaşlıq münasibətləri çərçivəsinə uyğun gəlmir”, - deyə Gürcüstanın diplomatik xidməti qeyd edib.

Dekabrın 2-də Litvanın xarici işlər naziri Qabrielius Landsbergis elan etdi ki, Latviya, Litva və Estoniya Gürcüstanda “ədalətli etirazların” yatırılmasının təşkilatçılarına qarşı şəxsi sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, Baltikyanı ölkələrdə “demokratiya əleyhdarları və insan haqlarını pozanlar” gözlənilmir.

Sonradan məlum olub ki, Litvanın “qara siyahısı”na hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri və hüquq-mühafizə orqanlarının rəhbərləri daxildir.

Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi xaricdəki gürcü diplomatlarına təzyiq göstərdiyini açıqlamışdı.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var