Litva zərurət yaranacağı halda Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Oxu24.com “Delfi” portalına istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite danışıb.
“Təbii ki, Litva belə bir zərurət yarandığı halda Zurabişviliyə sığınacaq verərdi”, - deyə müşavir qeyd edib.
Bununla belə, Skaysqiritenin sözlərinə görə, Gürcüstan prezidenti Tbilisidə öz xalqı ilə birlikdə olacağını bildirib.
Xatırladaq ki, Litva noyabrın 2-də Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin və bir neçə yüksəkvəzifəli gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.
Onu da qeyd edək ki, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. S.Zurabişvilinin səlahiyyəti müddəti isə dekabrın 16-da başa çatır.
Oxu24.com
ŞƏRHLƏR