Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124603
az

Famil Xəlil ev dustaqlığına buraxıldı - VİDEO

15:4603 Dekabr, 2024
50
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə təqsirləndirilən Xəlilov Famil Malik oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Oxu24.com ın məlumatına görə, dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Famil Xəlilovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təklif verib. Sonra vəkil Fariz Namazlıda Famil Xəlilin sağlamlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustağlığına buraxılmasinilə bağlı vəsatət verib

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Hakim Azər Tağıyevin qərarına əsasən məhkəmə Famil Xəlilin sağlamlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.

Xatırladaq ki, bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir. Qeyd edək ki, Famil Xəlil 2015-ci ildən 2023-cü ilə kimi İsveçdə mühacir həyatı yaşayıb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərini öldürdü
Famil Xəlil ev dustaqlığına     buraxıldı - VİDEO
Ərinin telefonundakı videoları yaydı- Belə cəzalandırıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Ərini öldürdü