Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124589
az

NATO-nun baş katibi Ukraynada cəbhənin hərəkətində dəyişiklikləri açıqlayıb

19:3503 Dekabr, 2024
6
DÜNYA
  • A

Ukraynada cəbhə xətti yavaş-yavaş Şərqdən Qərbə doğru irəliləyir.

Oxu24.com   xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində mətbuat konfransı zamanı deyib.

“Biz danışdıqca cəbhə Şərqdən Qərbə doğru hərəkət edir”, deyə o bildirib.

Bundan əvvəl Rutte bildirib ki, Şimali Atlantika Alyansı ölkələri hazırda Kiyevin NATO-ya daxil olması imkanını müzakirə etmir, söhbət yalnız Ukraynaya hərbi dəstəkdən gedir.

Dekabrın 3-də Reuters agentliyi bildirib ki, hazırda NATO-nun 32 üzvü arasında Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı qərar qəbul etmək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur və buna nail olmaq üçün aylarla danışıqlar aparıla bilər. KİV-in məlumatına görə, xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşü zamanı diqqət Ukraynaya dəstəyin genişləndirilməsinə yönəldiləcək ki, 2025-ci ildə o, “mümkün danışıqlara girmək” üçün ən güclü mövqedə olsun.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahzadə vəfat etdi
Gürcüstanda etiraz aksiyalarının 7-ci günü: Rustavelli bağlandı
Müxalifət liderləri Kobaxidze ilə teledebatdan yayındılar

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib