Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124586
az

Suriyanın Hələb şəhərində rabitə qismən kəsilib

14:1303 Dekabr, 2024
14
DÜNYA
  • A

Suriyanın Hələb şəhərində internet və mobil rabitə fəaliyyətini qismən dayandırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

 

“Bütün banklar, pul köçürmələri və valyuta mübadiləsi şirkətləri bağlanıb”, radiostansiya əlavə edib.

 

Dekabrın 2-də məlum olub ki, Suriyanın Hələb şəhərində terror aktı Türkiyə ilə sərhəddə yerləşən iki əməliyyat qərargahından idarə olunub.

 

Dekabrın 2-də Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərin ABŞ-ın Suriyadakı yaraqlıların hücumunu dəstəkləyib-dəstəkləməməsi ilə bağlı suallarına birbaşa cavab verməkdən imtina edib.

 

Həmin gün Rusiya Suriyanın ölkənin şimal-qərbində baş vermiş terror aktı ilə əlaqədar dekabrın 3-də BMT Təhlükəsizlik Şurasının təcili açıq iclasının keçirilməsi tələbini dəstəkləyib.

 

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

 

Bundan əvvəl Kreml Suriyaya dəstəyi davam etdirəcəyinə söz vermişdi.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahzadə vəfat etdi
Gürcüstanda etiraz aksiyalarının 7-ci günü: Rustavelli bağlandı
Müxalifət liderləri Kobaxidze ilə teledebatdan yayındılar

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib