Dünən İkinci Qarabağ müharibəsi iştirakçısı Biləsuvar rayonun Ağalukənd kəndində anadan olmuş Məhəmməd Mehtiyevin müraciətini təqdim etmişdik. Məhəmməd Mehtiyev müraciətində Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayon şöbəsindən narazılığını bildirib. Onun iddiasına görə,qurumdan mal-qara almaq üçün müraciət etsə də rədd cavabı alıb.
Qeyd olunan məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi rəsmi açıqlama verib.
Agentlikdən Oxu24.com saytının sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxsin aktiv əmək müqaviləsi mövcuddur.
"Vətəndaşın hazırda aktiv əmək müqaviləsi mövcuddur. Özü ilə də danışılıb, izah verilib. Aktiv əmək müqaviləsi və aktiv VÖEN olan vətəndaşlar qanunvericiliyə görə məşğul şəxs sayılır və özünüməşğulluq proqramına cəlb oluna bilmir.",-deyə açıqlamada qeyd edilib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR