Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1245
az

Çayın dəmlənilmə və içilmə qaydası

23:1430 Aprel, 2018
1966
MARAQLI
  • A
Gündəlik rasionda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər onun içilmə qaydası, yaşıl çayla qara çayın fərqi və qəbul qaydası haqqında kifayət qədər məlumatlı olmurlar.

Oxu24.com bildirir ki. AZƏRTAC tibbi saytlara və mütəxəssis rəylərinə istinad edərək xəbər verir ki, çay xammal, yəni yaşıl çay şəklində istifadə olunanda çox faydalı dərman bitkisidir, gündəlik istifadə edilən qara çay isə yarpaqları yığılandan sonra fermentləşdirilmə yolu ilə alınır. Fermentləşmə prosesi əslində çox sadə üsulla aparılır. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, təqribən 29 dərəcəyədək isidilmiş, nəm, lakin yaxşı havalanan otaqlarda bir neçə həftə saxlanılır, nəticədə yarpaqların rəngi qaralır.

Yaşıl çayın alınmasında qurutma daha qısa müddətdə aparılır və çay yarpaqları özünün təbii yaşıl rəngini saxlayır. Eyni xammaldan alınmasına baxmayaraq adi qara çayla yaşıl çay arasında çox böyük fərq var: yaşıl çay vitamin və mineral tərkibinə görə qara çaydan üstündür. Yalnız kofeinin miqdarının qara çayın tərkibində yaşıl çaydan on dəfə çoxluğu qara çayın zərərinin bir o qədər yüksək olması deməkdir.

Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərsə də, onun gündə 1-2 stəkandan artıq içilməməsi məsləhətdir. Qara çay orqanizmdə turşu mühitini yüksəldir, bununla da müalicəyə çətin tabe olan xəstəliklərin yaranmasına şərait yaradır. Qara çay həm də xörəklərin tərkibindəki vitamin və mineralların, xüsusilə də dəmir və kalsiumun sorulmasının qarşısını alır. Elə buna görə də tünd çay içənlər arasında anemiya və osteoporoz kimi xəstəliklərin rast gəlmə faizi yüksək olur.

Çay içəndən sonra əhval-ruhiyyənin yüksəlməsi, zehni qabiliyyətin müvəqqəti yaxşılaşması onun tərkibindəki kofeinlə əlaqədardır. Lakin kofein alışqanlıq yaradan maddə olduğundan çay və qəhvə kimi içkilərin qəbuluna ara vermək bir qədər çətin olur.

Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çayniki çini materialdan olandır.

Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.

Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var.

Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir.

Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir.

Qırmızı çay- dəmləmək üçün 0,5 çay qaşığı çay üzərinə 200 ml 90-95 dərəcə olan su tökülür və 5 dəqiqə dəmlənilir.

Ağ çay - 2 çay qaşığı quru çayın üzərinə 200 ml 50-70 dərəcə temperaturda olan su tökülür və 5 dəqiqə dəmlənir.

Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.

5 dəqiqə sonra içilərsə, oyadıcı, 6 dəqiqə sonra içildikdə isə artıq sadəcə ləzzətli içki sayılır.

Təzə dəmlənilmiş çay ilk 15 dəqiqə ərzində içilməlidir, daha sonra onun bütün faydalı xüsusiyyətləri itir, 7-8 saatdan sonra isə artıq zərərli maddələr ifraz edərək orqanizmə təhlükə törədə bilər. Ona görə çoxdan dəmlənmiş çayı içmək qətiyyən məsləhət deyil.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı