Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124495
az

Bloomberg: Tramp boş yerə BRİKS-i hədələyib

20:1202 Dekabr, 2024
23
DÜNYA
  • A

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dünyanın ən böyük ölkələrini dollar mərkəzli maliyyə sistemi daxilində saxlamaq cəhdləri əks nəticə verə bilər və dünyanı böyük ölçüdə dollardan asılı vəziyyətə sala bilər.

Oxu24.com xəbər verir  ki, bu barədə Bloomberg sorğuda iştirak edən ekspertlərə istinadən yazır.

ABŞ Xəzinədarlığında 40 il işləmiş Mark Sobel, "Yaxın gələcək hələ dollardadır və inkişaf etməkdə olan ölkələrin öz vahid valyutalarını yaratmaq ideyası tamamilə xəyaldır", deyə o bildirib.

Avstraliyalı bank qrupunun analitiki Rodriqo Katril dolların lider olaraq qalacağına dair fikirlərini bildirsə də, Trampın təhdidlərinin yalnız de-dollarizasiya prosesini sürətləndirəcəyini etiraf edib.

Dekabrın 1-də Donald Tramp BRİKS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% tariflər tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə “Amerika ilə vidalaşacaq”. Cənubi Afrika Xarici İşlər Nazirliyinin sözçüsü Kleyson Monaila Trampın sözlərini şərh edərkən bildirib ki, BRİKS ölkələri vahid valyuta yaratmağı planlaşdırmır.

Bundan əvvəl Braziliya Trampın BRİKS ölkələrini təhdid etməsini mənasız adlandırıb.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə    zəlzələ    oldu
Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - FOTO

Çində yayılan yeni virus İrana yaxınlaşır

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR