Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124467
az

Suriya qoşunları ölkənin üç vilayətində irəliləməyə başlayıb

15:0202 Dekabr, 2024
19
DÜNYA
  • A

Suriya Silahlı Qüvvələri (SQ) terrorçuları sıxışdırmaq üçün Hələb, İdlib və Həma əyalətlərində bir neçə istiqamətdə irəliləməyə başlayıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Respublika Müdafiə Nazirliyi Facebook sosial şəbəkəsində məlumat yayıb.

“Son 24 saat ərzində Suriya ordusu Suriyada mövcud olan dost Rusiya qüvvələrinin dəstəyi ilə Hələb əyalətlərində terrorçuların hədəflərinə, anbarlarına, təchizat yollarına və terrorçuların  irəliləyişlərinə raket, artilleriya və hava zərbələri endirməyə davam edib”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində beş qərargah və silah-sursat olan yeddi anbar məhv edilib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçirib.

Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olması barədə məlumat yayıb. Rusiya aviasiyası yaraqlıların cəmləşdiyi ərazilərə zərbələr endirir.

Bundan əvvəl Kreml Suriyaya dəstəyi davam etdirəcəyinə söz vermişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü