Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124460
az

Azərbaycanla Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcək

14:2702 Dekabr, 2024
27
SİYASƏT
  • A

Azərbaycanla Qvineya-Bisau Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira ilə birgə mətbuat konfransında deyib.

“Afrika, xüsusilə Qərbi Afrika bölgəsi ilə bağlı məlumatların bölüşülməsi bizim üçün önəmlidir.

Eyni zamanda, Cənubi Qafqaz bölgəsində gedən proseslər də onlar üçün əhəmiyyət kəsb edir. Öz növbəmdə ölkəmiz tərəfindən ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra gedən proseslərlə bağlı qarşı tərəfi məlumatlandırdım”, - nazir qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK
Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu