Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124459
az

Döyüşlərdə nitqini itirən Məhəmmədə qazilik niyə verilməyib?— DETALLAR

14:0702 Dekabr, 2024
1597
CƏMİYYƏT
  • A

Dövlət Məşğulluq  Agentliyinin Biləsuvar rayon şöbəsində döyüşçüyə sayqısızlıq göstərilir.

 

İkinci Qarabağ müharibəsində təcavüzkar erməni birləşmələrinə qarşı vuruşlarda iştirak etmiş cəsur döyüşçülərdən biri də Biləsuvar  rayonun Ağalukənd kəndində anadan olmuş Məhəmməd Mehtiyevdir.

 

CityPost.az  xəbər  verir ki, O,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik haqqında” sərəncamına uyğun olaraq döyüşlərə qatılıb.  

 

Elə ilk gündən ermənilərin qorxulu kabusuna çevrilən Məhəmməd Mehdiyev Füzuli-Şuşa istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub.

 

Döyüş yoldaşlarının və komandirlərinin dərin hörmətini qazanan Məhəmməd  döyüşlərdə öndə gedənlərdən olub.Müharibə ərəfəsində  O dəfələrdə kiçik  yaralar  və zədələr alsa da hospitala müraciət etmədən döyüş yolunu davam etdirib.

 

Döyüşlərin birində düşmənin atdığı qumbaranın  partlaması  nəticəsində ağır kəllə-beyin zədəsi alan Məhəmməd Mehtiyevin danışıq və nitqində ciddi qüsur yaranıb.O,adi danışıq zamanı belə fikrini çətinliklə izah edir.

 

Biləsuvar Rayon Hərbi Həkim Komissiyasında ona bildiriblər ki,”Allahına şükür etki,sağsan.Başqaları kimi ömürlük şikəst və ya əlil olmamısan.Sən fikrini çətinliklə də olsa, izah edə bilirsən.Ömürlük şikəst olsaydın nə edərdin?”

Məhəmməd Mehtiyev  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində  Dövlət Məşğulluq  Agentliyinin  Biləsuvar rayon şöbəsinə  özünüməşğulluq  proqramı çərçivəsində müraciət edib.Orada da xoşagəlməz mənzərə ilə qarşılaşıb. Agentliyin  əməkdaşı ona  deyib ki, Biləsuvar rayonundan döyüşlərdə iştirak edənlər  çoxdur. Sən də onlardan birisən. Gedib, nə üçün  fərdi əməklə məşğul olmursan?

 Sabiq döyüşçü Məhəmməd Mehtiyev müxbirimizlə söhbəti zamanı bildirib ki, belə mənzərələr onu sarsıtmır. Heç də  ruhdan və  həvəsdən salmır.

Vətənimizə və xalqımıza qarşı hər hansı təhlükə olarsa,Prezident yenidən səfərbərlik elan edərsə,həmən döyüşlərə qatılmağa hazır  olduğunu  bildirib.

“Mən döyüşlərə medal qazanmaq,məşğulluq proqramında  iştirak etmək   və ya hər hansı  dvident  qazanmaq  niyyəti  ilə  qatılmamışam...Vətənim hər qarışından ötrü canımı belə fəda etməyə hazıram.”

 

Qeyd edək ki,Mehtiyev Məhəmməd Amil oğlu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad edilmiş ərazilərdə noyabrda 541     mina          aşkarlanıb
İdarə rəisi yeni vəzifəyə       təyin       olundu
Əli Kərimliyə bu        cəza      verildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı