Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124413
az

Mürəkkəb və pərdəarxası savaş: Suriyada əslində nə baş verir?

09:1002 Dekabr, 2024
31
SİYASƏT
  • A

Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-ın “kürd dəhlizi” planına ciddi əngəl yaradır: illərdir gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir; PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın inaqurasiyasına dəvət edilməsi də bundan xəbər verir;

Və belə görünür ki, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edir. Hərçənd, Türkiyənin rəsmi mövqeyi - “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsü yaradır. İstisna deyil ki, diplomatik manevr olan belə mövqenin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir, Ankara maksimum bundan yayınmağa çalışır.

Lakin HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir. Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.

Bütöv pazlda baxdıqda Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir (bu haqda geniş yazmağa çalışacam).
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı