Fransız aktyor Niels Arestrup 75 yaşında Paris ətrafındakı evində vəfat edib.
OXU24.COM xəbər verir ki, bu barədə onun həyat yoldaşı və mətbuat katibi "Agence France-Presse"ə (AFP ) məlumat verib.
Onların sözlərinə görə, sənətçi yaxınlarının əhatəsində keçinib. Ölümün səbəbi açıqlanmayıb.
Arestrup “Dune” (2013), “Mənim ürəyim döyünür” (2005), “Döyüş atı” (2011), “Onun adı Saradır” (2010), “Dalğıc zəngi və “Dalğıc zəngi”, Kəpənək” (2007), “Van Qoq. Əbədiyyət astanasında” (2018) və s filmlərindəki rolları ilə tanınır.
Arestrup iki dəfə Fransa İncəsənət və Kinematoqrafiya Texnologiyaları Akademiyasının Sezar mükafatını alıb.
Oxu24.com
ŞƏRHLƏR