Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin edilib.
Oxu24.com ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Mətanət Əliyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkimi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, M.Əliyeva bu təyinatadək Mingəçevir Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
ŞƏRHLƏR