Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124287
az

Dərman vasitələri üzrə xərclər minimuma endirilir

13:5029 Noyabr, 2024
31
CƏMİYYƏT
  • A

Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək.

Oxu24.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Qeyd edilib ki, dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.

Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcək.

Bundan başqa, layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə), icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır
Qan şəkərini tarazlayan enerji deposu - pepinonun sirli möcüzəsi
"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu