Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124251
az

“Angela, lütfən məni bağışla”- Putin

10:3329 Noyabr, 2024
26
DÜNYA
  • A

Almaniyanın keçmiş kansleri Angela Merkel öz memuar kitabında Rusiya Prezidenti Vladimir Putinlə 2007-ci ildə Soçidə keçirilən danışıqlar zamanı Putinin Koni adlı qara Labrador itinin otağa girməsi və ondan qorxması ilə bağlı xatirələrini bölüşüb.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, Putin keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Merkelin itlərdən qorxduğunu bilmədiyini deyib.

Rusiya lideri Merkellə bu barədə danışdığını və ondan şəxsən üzr istədiyini xatırladıb: “Açığı, bu barədə Merkelə demişdim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim. Əksinə, mən rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Sonradan bildim ki, itlərdən qorxur”.

O, əlavə edib ki, özü də Almaniyada yaşadığından və orada ev heyvanlarına müsbət münasibət bəslənildiyini bildiyi üçün xoş ab-hava yaratmaq istəyib.

“Mən ona media vasitəsilə yenidən müraciət edirəm. Angela, lütfən məni bağışla, mən səni incitmək istəmirdim, əksinə, söhbətimiz üçün əlverişli atmosfer yaratmaq istəyirdim”, - deyə Putin bildirib.

Ölkə başçısı qeyd edib ki, Merkel sonradan onu uşaq vaxtı it dişlədiyini və psixoloji travması olduğunu deyib: “Bunu biləndə ondan üzr istədim”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda hakim partiyanın ofislərinə hücumlardan danışıblar
Trampın elçisinin Ukrayna ilə bağlı planı dərc olunub
Şagirdlərə hücum oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı