Samuxda ailədaxili cinayət hadisəsi baş verib.
“Oxu24.com” APA-ya istinadən xəbər verir ki, rayonun Kolayır kəndində 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.
Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.
Qeyd edək ki, A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Oxu24.com
ŞƏRHLƏR