İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.
Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Axtarış-xilasetmə işləri davam edir.
Noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak olub.
17 mindən çox adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər yağan mövsümi yağışlar tez-tez sel və torpaq sürüşməsinə səbəb olur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR