Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124184
az

“Ucuzluq Univermağ”a 70 min “atıb” TikTokda xərclədi

14:3828 Noyabr, 2024
26
KRİMİNAL
  • A

Bakıda və bölgələrdə fəaliyyət göstərən “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinin əməkdaşı 2000-ci il təvəllüdlü Nicat Abbasov həbs edilib.

Oxu24.com un əldə etdiyi məlumata görə, N.Abbasovun işlədiyi şirkətə məxsus 70 min manata yaxın pulu mənimsəməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Bildirilib ki, Nicat 2021-ci ilin sonunda “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinə işə qəbul olunub. Onun vəzifəsi operator olsa da, mühasibatlıqda işləməyə başlayıb. İşi isə mal aldıqları firma və fərdi sahibkarlara, təchizatçılara ödəniş etməkdən ibarət olub.

Belə ki, Bakı şəhəri üzrə “Ucuzluq Univermaq” adlı mağazalarda malların satışından əldə olunan pulların hamısı bir yerə cəmləşib. Həmin məbləğin müəyyən hissəsi təchizatçının özünə nağd şəkildə verilib. Bir hissəsini isə mühasib nağd olaraq Nicata verib, təchizatçıların müxtəlif banklara aid kartlarının şəkillərini ona göndərib və hansı karta nə qədər pul köçürmək lazım olduğunu bildirib, ayrılan pulları köçürməyi ona tapşırıb. Nicat isə hissə-hissə olmaqla həmin pullardan 70 min manata yaxınını özündə saxlayıb. O, həmin pullarla TikTokda jetonlar alaraq, müxtəlif tiktokerlərə 200-300 manat dəyərində hədiyyələr göndərib.

Nəticədə mağazaların sahibi, iş adamı Oruc Quluyevə külli miqdarda ziyan dəyib və hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr tarixli hökmü ilə Nicat Abbasova 6 il həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin