"Kommersant" Birləşmiş Kredit Bürosunun (OKB) materiallarına istinadən yazır ki, oktyabr ayında Rusiya bankları kredit kartı limitlərinin tənzimlənməsini demək olar ki, tamamilə dayandırıb.
Belə ki, ötən ay kredit kartı sahiblərinin yalnız 2,7%-i kart limitində artım, 0,8%-i isə azalma əldə edib. Müqayisə üçün: aprel-sentyabr aylarında limiti artırılanların payı 25% qalıb, kart sahiblərinin isə 2,5-3%-nin limiti azaldılıb.
OKB-nin proqnozlarına görə, dekabr ayında tendensiya kredit kartı limitlərinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində tamamilə geri dönə bilər.
Bundan əlavə, banklar kredit kartlarının cəlbediciliyini artırmaq üçün nəzərdə tutulmuş digər alətlərdən tədricən imtina etməyə başladılar. Xüsusilə, faizsiz dövrlər xeyli azaldılıb. Əgər hələ yayda bir il faizsiz kredit kartı əldə etmək mümkün idisə, indi daha çox 55-60 gün güzəşt müddəti olan kartlar mövcuddur.
Rusların artıq banklara külli miqdarda borcu var. Son bir ildə əhali arasında borcun səviyyəsi 6,5% artıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR