Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124172
az

ABŞ-da Trampı hədələyən şəxs həbs edilib.

13:2328 Noyabr, 2024
34
DÜNYA
  • A

ABŞ-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı təhdidləri yazan şəxs həbs edilib,

Oxu24.com xəbər verir  ki, bu barədə Complex yazır.

Arizona sakini Manuel Tamayo-Torres sosial şəbəkədə yeni seçilmiş prezident Donald Trampı və ailəsini hədələdiyi bir neçə video yayımladıqdan sonra həbs edilib.

Məhkəmə sənədlərinə görə, həmin şəxs videolarından birində Trampın, oğlu Barronun və bütün ailəsinin “çox vaxtının qalmadığını” və bu, seçilmiş prezident üçün “reallıq” olduğunu deyib. Bu ayın əvvəlində o, siyasətçini güllələməklə hədələyərək ağ tüfənglə çıxış etdiyi videonu da yayımlayıb.

Tamayo-Torres, həmçinin 2023-cü ildə Feniksdə odlu silah almağa cəhd edərkən federal formalarda yalan ifadələr verməkdə ittiham olunur.

Daha əvvəl sosial şəbəkələrdə Trampın telefonunda ekran qoruyucusu kimi öz fotosundan istifadə etdiyi diqqət çəkib.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Moskvadan bahalı      hədiyyələrlə     qayıdıb
Rusiyada təyyarə texniki səbəblərə görə    geri     qayıtdı
Türkiyədə    zəlzələ    oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
2 min manata avtomat satmaq istəyən şəxs    həbs     edildi