“İşsizliklə bağlı söhbət qaldırıldı. Azərbaycanda rəsmi işsizlik 6%-dən yuxarı deyil”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, ola bilsin ki, bu göstərici pandemiya dövründə bir qədər yüksəlmişdi, amma hazırda 5-6% arasında dəyişir: "Bu, dünyada yaxşı göstəricilərdən sayılır. Amma bizim də seçicilərimiz bu barədə bizə müraciət edir. Biz də məşğulluq xidməti ilə əlaqə saxlayırıq, iş yerləri var, heç vaxt demirlər ki iş yeri yoxdur. O iş yerinə ya həmin ixtisas uyğun gəlmir, ya maaş vətəndaşı qanı etmir, ya da başqa səbəblər olur. Kənd yerində böyük bir sənaye obyekti qurmayacaqsan ki? Fermer təsərrüfatı, bağı, bostanı, mal-heyvanı var. Kəndin ənənəvi məşğulluq sahəsi budur. Təzədən orada onun arzu etdiyi iş yerini açmaq heç bir ölkənin siyasətində yoxdur. Buna görə də iş yerləri ilə bağlı vətəndaşlarımızı maarifləndirmək lazımdır".
Oxu24.com
ŞƏRHLƏR