Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124144
az

"Qərb Putinin təklifini qəbul etsə, danışıqlar mümkündür"- Rusiya XİN

11:0228 Noyabr, 2024
19
DÜNYA
  • A

ABŞ və Qərb Rusiya prezidenti Vladimir Putinin sülh təklifinə alternativin olmadığını başa düşsələr, Ukrayna böhranının danışıqlar yolu ilə həlli mümkündür. 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlayıb. 

"Əgər onlar özlərini aldatmağa davam etsələr və bəzi yanlış başa düşülən sxemlərdə israr etsələr və vəziyyəti kömək, silahla gücləndirsələr, eləcə də Kiyevi daim yeni təxribatlara və cinayət əməllərinə təhrik etsələr, əlbəttə ki, seçim üçün heç bir əsas olmayacaq. Bu, kifayət qədər sadədir – ya Putinin təklifini qəbul edin, ya da vəziyyətin daha da pisləşməsi perspektivi ilə indi olduğu yerdə qalın", - Ryabkov vurğulayıb.

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsündən çıxış edib: "Moskva Ukrayna qoşunlarının Rusiyanın yeni regionlarının ərazisindən çıxarıldıqdan sonra dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək". Bundan əlavə, Rusiya lideri əlavə edib ki, Kiyev NATO-ya üzv olmaq niyyətindən imtina etdiyini bəyan etməli, demilitarizasiya və denazifikasiyanı həyata keçirməli, həmçinin neytral, bloklara qoşulmayan və nüvəsiz statusu qəbul etməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriya Hərbi Hava Qüvvələri Hələbdə terrorçulara zərbələr endirib
Tramp Maskla belə əyləndi- Video
Lavrov YUNESKO-nun baş direktorunu    tənqid     etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu