Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124135
az

Qaxa 18 sm qar yağdı- Video

10:0528 Noyabr, 2024
13
CƏMİYYƏT
  • A

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL Tel-Əviv istiqamətində uçuşları   bərpa    etdi
Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti
Bu məktəbə Natiq Qasımovun    adı     verildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
86 milyon manatı ölkəyə qaytarmadı- Həbs edildi