Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124130
az

Quş qripinə qarşı epizootoloji monitorinq aparılır

09:4028 Noyabr, 2024
36
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı noyabrın 25-27-də muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

Agentlikdən OXU24.COM -a bildirilib ki, bununla əlaqədar risk əsasında müəyyən olunmuş təbiət əraziləri və su hövzələri ətrafında vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin mövcudluğunun araşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müşahidələr aparılıb, müxtəlif növ ev quşlarından ümumilikdə 60 qan, 120 yaxma nümunəsi götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun mərkəzi baytarlıq laboratoriyasında müvafiq müayinələrə cəlb edilib. Həmçinin monitorinq çərçivəsində baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.

Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə müxtəlif növ xüsusi təhlükəli heyvan xəstəliklərinə görə monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda rəfiqələr birləşib qadını öldürdü - Səbəb dəhşətə gətirir
Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu