Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124059
az

Kiflənmiş kolbasaları duru yağla silib, istehsal tarixini dəyişirmişlər- FOTOLAR

12:5027 Noyabr, 2024
26
CƏMİYYƏT
  • A

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanılması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.

Bundan başqa, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrasına dair məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

  • Kiflənmiş kolbasaları duru yağla silib, istehsal tarixini dəyişirmişlər - FOTOLAR
  • Kiflənmiş kolbasaları duru yağla silib, istehsal tarixini dəyişirmişlər - FOTOLAR

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO
Hansı insanlar xərçəngə daha çox tutulur?
Kadırov Hüseynin toyunda tamada olacaq - VİDEO - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO