Qaynar xətt:

(+99450) 247 90 86

Mənzildən 21 yaşlı qızın meyiti tapıldı

KRİMİNAL

59

27.11.2024, 10:26

Bakıda gənc qız dəm qazından boğulub.

Oxu24.com  xəbər verir ki, hadisə Yasamal rayonu Z.Kərimov küçəsindəki mənzildə baş verib.

Belə ki, həmin mənzildə kirayə yaşayan 2003-cü il təvəllüdlü Xanım Eyvaz qızı İmanovanın meyiti dünən saat 21 radələrində tapılıb.

Onun dəm qazından boğulub ölməsi məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.