Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124023
az

SON DƏQİQƏ: İsrail "Hizbullah"la anlaşdı -Səhər saat 10:00-da...

01:4627 Noyabr, 2024
97
SİYASƏT
  • A

İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs sazişi imzalayıb.

OXU24.COM  xəbər verir ki , bu barədə İsrail "12"ci televiziya kanalı məlumat yayıb.

“Nazirlər Kabineti Livanla atəşkəsi təsdiqləyib, o, sabah səhər saat 10:00-da qüvvəyə minəcək”, - israilli jurnalistlər bildiriblər.

Bundan əvvəl "Axios" portalı ABŞ-ın İsrailə ultimatum verərək Livanla müqavilə imzalamasını tələb etdiyini yazıb.

Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanda "Hizbullah" hərəkatının hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Livan Silahlı Qüvvələri hərbi əməliyyatlarda iştirak etməyib, lakin Livanın sərhəd bölgəsi və Beyrutun cənubu atəşə məruz qalıb. İDF hücumlarının hədəfi "Hizbullah" infrastruktur obyektləri olub.

Sentyabrın 28-də məlum olub ki, "Hizbullah" lideri Həsən Nəsrullah Beyrutun cənubundakı təşkilatın yeraltı qərargahına İsrail Hərbi Hava Qüvvələri qırıcısının endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Oktyabrın 30-da Nəsrullahı əvəzləyən Hizbullahın baş katibi Naim Qasim hərəkatın İsrailə qalib gələcəyini bildirib.

Bundan əvvəl isə İsrail ordusu Livanın cənubundakı Litani çayına çatıb və "Hizbullah" bu çaydan kənara çəkilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Prezidenti Türkiyəyə gedir
Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi