Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123977
az

Ruslar artıq Talibana qoşula bilər

15:2726 Noyabr, 2024
33
DÜNYA
  • A

Qanunvericilər hakimiyyətin Rusiyada Talibana qoyulan qadağanı ləğv etmək planları fonunda təşkilatların terror təşkilatları siyahısından “müvəqqəti olaraq çıxarılması” mexanizminin yaradılması barədə qərar qəbul ediblər.

Müvafiq qanun layihəsini Dövlət Dumasına beş deputat və yeddi senator, o cümlədən Andrey Klişas, Vasili Piskarev və Andrey Luqovoy təqdim edib.


İzahat qeydində deyilir ki, təşkilat “terrorizmi təşviq etmək, haqq qazandırmaq və dəstəkləmək məqsədi daşıyan” fəaliyyəti dayandırdığı təqdirdə qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər. Bu barədə qərar Baş prokurorun və ya onun müavininin ərizəsi əsasında məhkəmə tərəfindən qəbul ediləcək. Təşkilatın özünün nümayəndələrinin iştirakı tələb olunmur.

Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Ernest Valeev bildirib ki, ruslar istəsələr, hərəkat terrorçular siyahısından çıxarılsa, Talibana qoşula biləcəklər. O, əmin edib ki, bu halda heç bir hüquqi nəticə olmayacaq.

De-yure Taliban 2003-cü ildən Rusiyada terror təşkilatı kimi tanınsa da, Moskva uzun müddətdir ki, bu hərəkatla dostluq əlaqələri saxlayır, öz nümayəndələrini yüksək rütbəli məmurların iştirakı ilə keçirilən tədbirlərə dəvət edir. Ölkə rəhbərləri isə dəfələrlə bu statusun götürülməli olduğunu bildiriblər. Prezident Vladimir Putin Talibanı “müttəfiqlər”, xarici işlər naziri Sergey Lavrov isə “ağıllı insanlar” adlandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada satanizm qadağan edilə bilər
Bloomberg Kərimovun SpaceX-dəki payı barədə məlumat yayıb
Gürcüstan Ermənistana dəstək çıxdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb