Qaynar xətt:

(+99450) 247 90 86

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam

SİYASƏT

60

26.11.2024, 14:01

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

Oxu24.com xəbər verir ki, Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.