Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123953
az

Gürcüstanda prezident seçkilərinin tarixi açıqlandı

14:0026 Noyabr, 2024
38
  • A

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Oxu24.com Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentin spikeri Şalva Papuaşvili açıqlayıb.

O bildirib ki, yeni prezidentin inauqurasiya mərasimi isə dekabrın 29-da baş tutacaq. 

Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliya BRİKS-in sədrliyinin bir hissəsi kimi ödəniş sistemlərinin inkişafını təşviq edəcək
Saziş hələ hazır deyil
KİV: Ukrayna səfərbərliyi gücləndirmək niyyətindədir

Panda qarışqası haqda maraqlı fakt

18+

Deputat turisti zorladı
Avtobusda qəfil yaddaşını itirdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Dəfnə yarpağı görün hansı xəstəliklərə dərman imiş - İSTİFADƏ QAYDASI
Bakıda pula görə qətl törədən şəxsə hökm oxunub