Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123951
az

Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama

13:4226 Noyabr, 2024
39
TİBB
  • A

“Dərman vasitələri icbari tibbi sığorta təminatına alınan zaman bir neçə meyar əsas götürülür. Əhalinin həmin dərman vasitələrinə maliyyə xərci nəzərə alınır, keçən ilin satışlarında ilk onluqda hansı dərmanların olduğu müəyyənləşdirilir”.

Bu barədə Oxu24.com a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib.

Pasiyentlərin dərmanları necə əldə edə biləcəklərinə gəldikdə şöbə müdiri bildirib ki, bu qərar bütün ölkə vətəndaşlarına şamil olunacaq. Vətəndaş həkimə müraciət edib və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə və siyahıya uyğun olaraq veriləcək: “Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Dərman vasitələrini pasiyentlər Agentliklə müqavilə bağlanılan apteklərdən ala biləcəklər”.

O, həmçinin əlavə edib ki, eyni tərkibli dərman firma və apteklərdən asılı olaraq fərqli qiymətdə ola bilər: “Bu zaman apteklərdə sığorta tərəfindən ödənilən məbləğ ilə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi mövcud olacaq və bu dərman vasitəsini sığorta tam qarşılayacaq. Dərman vasitəsinin aptekdəki qiyməti ilə sığorta tərəfindən ödənilən məbləğ arasında fərq yarandığı halda isə seçim pasiyentə veriləcək. Aradakı fərqi pasiyent özü ödəyərək istədiyi dərman vasitəsi ilə təmin oluna biləcək”.

Qeyd edək ki, ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması nəzərdə tutulub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Vüqar Qurbanov bu xanımı baş həkimTƏYİN ETDİ - FOTO
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO