Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123938
az

Gömrük Komitəsi “FAB Boya” şirkətini cərimələdi- İş məhkəmədədir

12:5426 Noyabr, 2024
32
KRİMİNAL
  • A

“FAB Boya və Kimya Sənayesi” MMC gömrük qaydalarını pozub.

Oxu24.com ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Azərbaycanın inşaat sektorunda mövcud olan "FAB Boya və Kimya Sənayesi" MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq boya məhsulları istehsalına başlayıb, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal edib. 2006-cı ildən isə müəssisədə "Polimerlər" fabriki fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi və baş direktoru Məhərrəmov Kənan Məhərrəm oğludur. Şirkətin təsisiçisi isə Anar Səfər oğlu Əliyevdir. Anar Əliyev eyni zamanda “OMİD” mağazalar şəbəkəsinin sahibidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda azyaşlı qızı yük    maşını      vurdu
Ağdaşda     çayxana     yandı
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu