Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123925
az

Serbiya parlamentində dava- Video

11:3426 Noyabr, 2024
23
DÜNYA
  • A

Serbiya parlamentində hakim və müxalif partiyalardan olan deputatlar arasında dava düşüb.

Oxu24.com  “Associated Press”ə istinadən xəbər verir ki, davaya səbəb noyabrın əvvəlində Novi - Sad şəhərində dəmiryolu vağzalında baş verən hadisə ilə bağlı mübahisələr olub.

Belə ki, parlamentdə büdcə ilə bağlı qanun layihəsi müzakirə edilərkən, müxalifət nümayəndələri hakim partiyanı insidentlə bağlı günahlandıran bannerlər asıblar.

Onlar hadisədə kimin məsuliyyət daşıması barədə məsələni müzakirə etməyi tələb ediblər. Hakim partiyanın deputatları banneri götürməyə çalışdıqda isə tərəflər arasında dava düşüb.

Xatırladaq ki, noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarı uçub. Hadisə bərpa işləri zamanı baş verib. Nəticədə 15 nəfər həlak olub. İnsident sözügedən şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Aksiya iştirakçıları hadisədə günahkar olanların cəzalandırılmasını tələb edirlər.

Ötən həftə isə Serbiya prokurorluğu məsələ ilə bağlı 11 nəfərin saxlanıldığını açıqlayıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Consonu yenidən seçdilər - Son 100 ildə ən az səs toplayanlardan oldu
İtkin düşən bacı və qardaşa görə İstanbul boğazında hərəkət dayandı
İsraillə “HƏMAS” arasında danışıqların yeni mərhələsi başlayır

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu