Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123904
az

Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?

09:0026 Noyabr, 2024
40
MANŞET
  • A

Türkiyədə kommunal borclarını ödəyə bilməyənlər üçün hökumət tərəfindən tədbir görülür. 400 min vətəndaşın 250 milyon TL (1 milyon 230 min manat) borcu silinəcək.

OXU24.COM  xəbər verir ki, 2025-ci ilə yaxınlaşdıqca, imkanı olmayan vətəndaşların gözü Ümumi Sağlamlıq Sığortasına (GSS) yönəlib. GSS məcburidir və bu öhdəliklərdən imtina etmək mümkün deyil.

Gələn həftə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı qanun layihəsində 2014-cü ilin borcları üçün amnistiya tətbiq olunacaq. Bu çərçivədə ödəmə imkanı olmayan 400 min vətəndaşın 250 milyon TL borcu silinəcək.

Digər tərəfdən, dekabr ayında çıxması gözlənilən Prezident fərmanı ilə 2015-ci ildən bəri maliyyə çətinliyi yaşayan milyonlarla vətəndaşın milyardlarla TL borcları bir il daha təxirə salınacaq.

Qeyd edək ki, 1 oktyabr 2015-ci il tarixindən etibarən sığorta haqqı borcundan asılı olmayaraq, GSS çərçivəsində insanlara səhiyyə xidmətləri göstərilir. Bu imkan 2015-ci il oktyabrın 1-dən Nazirlər Şurasının və Prezidentin Qərarları ilə demək olar ki, hər il təkrarlanır və nəhayət, Prezidentin 7977 saylı Fərmanı ilə bu tətbiq 31 dekabr 2024-cü il tarixinə qədər uzadılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki dostun görüntüləri gündəm oldu: Hesabı ödəmək üstündə... -VİDEO
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi -FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO