Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123901
az

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq

10:0026 Noyabr, 2024
58
CƏMİYYƏT
  • A

Çin alimləri nəfəs vasitəsilə ağciyər xərçəngini müəyyən edən sensor hazırlayıblar. Sensor nəfəsdəki izopren səviyyəsinin azalmasını təyin edərək bu xəstəliyin aşkarlanmasında istifadə olunur.

OXU24.COM  xəbər verir ki, Çinin Çjançzyan Universitetinin alimləri bu texnologiya hesabına çoxsaylı insanların həyatının xilas olacağına ümid edir.

Məlumata görə, insanlar nəfəs alıb-verərkən buraxdıqları müxtəlif qazlar bədənin daxilindəki proseslər haqqında bilgi verə bilər.

Çinli tədqiqatçıların apardığı araşdırma göstərir ki, nəfəsdəki izopren səviyyəsinin aşağı olması ağciyər xərçənginin göstəricisi sayıla bilər. Alimlər izopren səviyyəsini ölçərək bu xəstəliyi erkən mərhələdə aşkarlamaq üçün yeni bir metod hazırlayıblar.

Araşdırma ACS Sensors jurnalında dərc olunub. Tədqiqatçılar platin, indium və nikel istifadə edərək saç teli qalınlığından minlərlə dəfə nazik bir sensor hazırladıqlarını bildiriblər. Bu sensor nəfəsdəki izopren səviyyəsini milyardda iki nisbətində belə ölçmək qabiliyyətinə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklər yaradır
Qan şəkərini tarazlayan enerji deposu - pepinonun sirli möcüzəsi
"Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?"

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu