Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123886
az

Rusiyanın kölgə donanmasına qarşı genişmiqyaslı sanksiyalar gəldi

20:1425 Noyabr, 2024
41
DÜNYA
  • A

Böyük Britaniya Rusiyanın kölgə donanmasına qarşı sanksiya siyahısında 30 gəminin yer aldığı genişmiqyaslı sanksiyalar paketi təqdim edir.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə bazar ertəsi Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib.


Reuters-in məlumatına görə, Lammy bildirib ki, Londonun elan etdiyi tədbirlər Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir - Britaniyanın dediyinə görə, Qərbin Rusiya neftinə tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək üçün istifadə olunur. Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyalar siyahısındakı gəmilərin keçən il milyardlarla funt sterlinq dəyərində neft və neft məhsulları daşıdığını və yeni tədbirlərin Böyük Britaniyanın sanksiyaları altında olan neft tankerlərinin sayını 73-ə çatdıracağını açıqlayıb.

Böyük Britaniya həmçinin Rusiyanın iki sığorta şirkəti - AlfaStrakhovanie və VSK-nın sanksiyalara məruz qaldığını bəyan edib.

Lammy həmçinin G7 müttəfiqlərini Ukraynaya lazım olduğu qədər, xüsusən də hərbi təchizat sahəsində dəstək verməyə çağırıb. G7 ölkələrinin xarici işlər nazirlərinin İtaliyadakı iclasının açılışından əvvəl Lammi Kiyevin “2025-ci ildən sağ qalması üçün vəsait, hərbi texnika və avadanlıq” alacağına əminliyini ifadə edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Consonu yenidən seçdilər - Son 100 ildə ən az səs toplayanlardan oldu
İtkin düşən bacı və qardaşa görə İstanbul boğazında hərəkət dayandı
İsraillə “HƏMAS” arasında danışıqların yeni mərhələsi başlayır

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu