Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana dövlət səfəri edəcək.
Oxu24.com xəbər verir ki, Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Putin ölkəyə Kasım-Jomart Tokayevin dəvəti ilə gələcək, mətbuat xidmətinin bəyanatında deyilir. Onun sözlərinə görə, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar aparılacaq. “Dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər”, - məlumatda qeyd olunur.
Mətbuat xidməti onu da bildirib ki, noyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası prezident Tokayevin sədrliyi ilə keçiriləcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR