Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12387
az

İntihar edən üç uşaq anasının məktubu tapıldı: Tənhalıqdan yorulmuşam

14:3725 Aprel, 2019
984
KRİMİNAL
  • A
 
Aprelin 24-də meyiti dalğıclar tərəfindən Akkuşa çayından tapılmış, 35 yaşlı Salyan rayon sakini Dadaşova Aysel Vaqif qızının qaldığı evdə ölümündən qabaq yazdığı məktubu tapılıb.

Oxu24.com  xəbər verir ki, Bu barədə Oxu.Az-a Salyan rayon Prokurorluğundan məlumat verilib.

Bundan əvvəl Dadaşovanın kənd məktəbində müəllim işlədiyi xəbər verilirdi. Cümə axşamı isə qadının kənd məktəbində texniki işçi kimi çalışdığı məlum olub.

Üç oğul anası (ən böyüyü 11 yaşında olub), özünü körpüdən çaya ataraq intihar edib. Bu addımı atmazdan əvvəl yazdığı məktubda tənhalıqdan və ona son illər əziyyət verən baş ağrılarından cana gəldiyini bildirib. Məktubda Dadaşova qohumlarından övladlarının qayğısına qalmalarını xahiş edib.

İstintaq nəticəsində məlum olub ki, qadının əri Bakıda tikinti sahəsində çalışır, ona görə kəndə ayda bir dəfə baş çəkir. Bundan başqa, hüquq-mühafizə orqanları Dadaşovanın evindən psixiki pozuntuların və baş ağrılarının müalicəsi üçün yazılmış həkim reseptləri və tibbi preparatlar aşkarlayıb.

İlkin ehtimala görə, intihara qadının depressiv vəziyyətdə olması səbəb olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Saxta spirtli içkilər hazırlayan 5     nəfər      saxlanıldı