Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq, leysan xarakterli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır.
Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxu24.com
ŞƏRHLƏR