Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12380
az

Nişanlısına hadisəni deməmişik - 22 yaşlı qızın intiharının təfərrüatları

12:2325 Aprel, 2019
1566
KRİMİNAL
  • A
 


"Beş aydır buraya köçmüşük. Heç qonşuların çoxu köçməyib. Tanıdığımız qonşu da yoxdur. Firuzə nişanlı idi. Nişanlısı Türkmənistanda işləməyə gedib. Heç ona hadisəni deməmişik. Necə deyəcəyik ki...”

Oxu24.com  xəbər verir ki, bunları Lent.az-ın əməkdaşlarına keçən gecə yaşadıqları 7-ci mərtəbənin pəncərəsindən özünü ataraq həyatına qəsd edən Dadaşova Firuzənin anası Sədaqət Dadaşova deyir.

Firuzə 22 yaşında imiş. Ömrünün bahar çağında həyatdan özünü öldürəcək qədər bezməsinə səbəb nə olub? Niyə Firuzə yaşadığı probleməri həll etmək əvəzinə canına qıymağı seçib? İntihar hallarından sonra ortaya çox suallar çıxır. Əsl həqiqəti isə hadisəni yaşayan insan özü bilir. Amma intihar edənin doğmaları, dost-tanışlar  intihara aparan yoldan az-çox məlumatlı olur.

Hadisənin təfərrüatlarını öyrənmək üçün Firuzənin yaşadığı evdə olduq, onun doğmaları ilə söhbətləşdik.

Faciənin yaşandığı ev Yasamal rayonunda yerləşir. Çoxmərtəbəli binaya yaxınlaşdıqca, ətrafda bir neçə insan gözə dəyir.

Dünən gecə hadisə baş verən evi soruşuruq.  "Hadisə bax, burda olub. Qız özünü buraya atıb” - deyib karton qoyulmuş yeri göstərirlər. Başımızı qaldırıb yuxarı baxırıq. Mərtəblərə baxdıqca, göz önündə hadisənin dəhşəti canlanır...

Birinci mərtbədə qarşımıza çıxan yaşlı kişidən hadisə baş verən evin hansı olduğunu soruşuruq. "Yeddinci mərtəbəyə qalxın, soldakı qapıya yaxınlaşın” - deyir.

... Astaca qapını döyürük. Qapıya çıxan yeniyetmə oğlan evdəkilərin razılığını aldıqdan sonra bizi içəri buraxır.

Buradakı mənzərini təsvir etməyə ehtiyac yoxdur. Üz-gözü cırmaq-cırmaq olan Firuzənin anasının fəryadı otağı başına götürüb. "Balamı aldılar məndən. Hamısını onlar etdi”,-deyə durmadan ağlayır.


Həmçinin oxu:   Azərbaycanlı məşhurun başına iş gəldi: Rəqs zamanı sinəsi açıldı+VİDEO


Hadisə baş verməzdən bir gün əvvəl Firuzə necə idi?

"Qızım gecə işdən gəldi. Qanı qara olduğunu gördüm. Gözləri qıpqırmızı idi. Nə olduğunu soruşsam da, heç nə demədi. Gedib yatdı. Səhərisi gün işə gedəndə onun müdiri Ruhiyyə xanım yolda mənə zəng vurdu. Dedi ki, qızınız mənə pul atıb. İşdə salonun pullarından götürüb, xərcləyib.  Gələn müştərilərdən çox pul aldığı halda, haqq-hesaba gələndə az yazıb. 6 ay idi qızım Ruhiyyə xanımla salonda işləyirdi. Salonun qeydiyyat şöbəsində idi. Pul haqq-hesabını edirdi. Salonun açarı da onda olurdu. İşdə ona Fidan adını qoymuşdular. İşdən sonra qızımı maşınla evə gətirirdi. Qızımdan çox razı idi. Biz də ondan çox razı idik. Maşınla onu gətirəndə hər gün atası onları qarşılayırdı. Onların problemi pul haqq-hesabından sonra başlayıb. Firuzənin 850 manat pul götürdüyünü deyirdi. Firuzə isə dedi ki, həmin pulu lazer ustasına vermişəm.

Lazer ustası işləyən xanım Firuzəyə mesajla yazıb ki, sən gələn müştəriyə görə pulu az yaz, mənə pul lazımdır. Bu mesajı görəndən sonra Ruhiyə xanım deyib ki, siz mənə indiyə qədər çox pul atmısınız. Firuzə deyir ki, o puldan 150 manat götürüb lazer ustası işləyən qıza verib. Yoldaşından boşanan həmin xanım uşağına bazarlıq edəcəyini, pula ehtiyacı olduğunu bildirib.

Ruhiyyə səhər evimizə gəldi və Firuzəyə dedi ki, o pulu verməsən, səni polisə, məhkəməyə verəcəm. Qızı qorxutdu. Bundan sonra Firuzə özünü balkondan atmaq üçün qaçdı. Qapını bağlayıb açarı gizlətdik. Ruhiyyə xanım dedi ki, qorxmayın, atmaz özünü”.

Salon sahibi Firuzənin anasına kağız yazdırıb, qol çəkdirir. Qadın qısa zamanda pulu verəcəyini deyir, Ruhiyyə xanım da razılaşır.

- Amma Ruhiyyə xanım getdikdən sonra  bütün işçilər Firuzəyə zəng vurub təhdid etməyə başladılar. Deyirdilər ki, Firuzə loterya pullarını da götürüb. Pulu hazır elə gəlirik, deyirdilər.  Firuzə dəli olmuşdu. Deyirdi ki, lotereya pullarını götürməyib.  İş yoldaşlarına nə qədər desə də ki, axı, siz pulu mən verəndə gördünüz, onlar boyunlarına almadılar. Telefondakı bu söhbətlərdən sonra qızım yataq otağına getdi. Mənə dedi ki, işığı söndür, yatıram. İşığı söndürən kimi pəncərəyə qaçdı, "məni bağışlayın, mən belə qala bilmirəm” - dedi və özünü pəncərədən atdı. Atası qaçıb tutmaq istəsə də, bu dəfə tuta bilmədi.

Salon sahibi Firuzənin telefon və qızıllarını almışdı

Bacısının dediyinə görə, Ruhiyyə xanım Firuzənin telefonunu, qızıllarını da ondan alıbmış. Anası müdaxilə edir və deyir ki,  o xanım qızıl alveri edirdi.

- Firuzə qızılları ondan almışdı. Haqq-hesabdan sonra qızılları Ruhiyyə xanım ondan alıb demişdi ki, pulu gətirəndən sonra verəcəm. Bura Firuzənin birinci iş yeridir. Ruhiyyə xanım ona çox etibar edirdi. Həmişə deyirdi ki, mərd qızdır. Mənim balamdır. 380 manat məvacib verirdi. Səhər saat 10-dan axşam saat 10-a qədər işləyirdi. Füruzə ondan çox razılıq edirdi. Hətta mən qızımı ona qısqanırdım.

Firuzə həyat dolu idi

Anasının dediyinə görə, Firuzə həyat dolu, gülərüz qız idi. Özünə qapanması, bədbinliyi yox idi: "Heç bir psixoloji problemi də yox idi. İki qızım var idi. Deyirəm ki, indi Firuzə olmasa, evimiz sakitlik olacaq?”

Bəs qarşı tərəf, yəni salonun sahibi nə deyir?

Firuzənin işlədiyi "R Studiya”nı işlədən Ruhiyyə Həsənova bildirdi ki, o, üç övlad anasıdır və tanınmış yerdə işləyir.



Həmçinin oxu:  Zorlama səhnəsinə çəkilən aktrisa: "Rejissor canlılıq istədi, biz də əlimizdən gələni elədik"- FOTO


Firuzə ilə nə zamandan tanış olduğunu soruşuruq.

- Firuzə ilə mən 6 ay əvvəl tanış olmuşam. "Əcəmi” də onunla bir yerdə işləyirdik. Instagram səhifəmi Fidan xanım işlədirdi. Biz onu Fidan kimi tanımışıq. Bizə özünü belə tanıdıb. Biz onunla çox yaxın idik. Pulumu, haqq-hesabımı ona əmanət edirdim. Heç maraqlanmırdım. 4 gün xaricə getməli oldum. Qayıdıb gələndə haqq-hesab istəyəndə qarşıma 130 manat pul qoydu. Niyə belə az olduğunu soruşdum, çiynini çəkdi. Daha heç nə demədim. Səhər gələndə qeydiyyatda işlədilən telefonun açıq olduğunu gördüm. Götürüb baxdım ki, həmin telefonda lazerdə işləyən işçim Gülnazla Fidan arasında yazışma var. Gülnaz ona mesaj atmışdı ki, mən kağıza az yazıram, sən də az yaz. Baxanda gördüm ki, mənə verilən haqq-hesabda isə tamam fərqli rəqəmlər verirdilər. Hesablayıb gördüm ki, gün ərzində hardasa 300 manat haqq-hesaba vurulmayıb. Fidanla Gülnazı üzləşdirdim. Fidan dedi ki, Gülnazlıqdı, Gülnaz dedi Fidanlıqdı. Belə olanda Fidan ayağıma düşdü və mənə yalvardı ki, ona kömək edim. Sonra mənə dedi ki, həyatımla bağlı bəzi gizli məqamlar var və Gülnaz bunu bilir. Onun sözlərinə görə, Gülnaz şantaj edib ki, bunları atana deyəcəm. Guya bu da məcbur qalıb pulları ona verirmiş.

Ruhiyyə xanımdan soruşduq ki, niyə qızın telefon və qızıllarını aldınız?

Müdirə deyir ki, o Fidanın telfonun əlindən almayıb.

- Telefonu mən özüm almışam. İşdə işlətmələri üçün. Fidanın şəxsi telefonunu da mən hədiyyə etmişdim.

Qeyd edək ki, Fidana hədiyyə etdiyini dediyi telefon və iş telefonu da hazırda müdirənin əlində idi.

- Fidan iş telefonundan şəxsi mesajlarını yazmaq üçün istifadə edib.  

Mən pulların hara yox olduğunu soruşmalıydım. Bunun onun özünün öldürməsi ilə nə əlaqəsi var? Onun öz problemləri var idi. Neçə vaxt idi ki, özündə deyildi. Mən pulları qaytarması üçün bir ay vaxt qoymuşdum. Hələ bir aya çox var idi. Öldürürdü, bir ay sonra öldürəydi.

Fidanın gizli sirləri ilə  bağlı onu təhdid etməmişəm.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu