Litvada yük təyyarəsi ikimərtəbəli evin üzərinə düşüb.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Vilnüs beynəlxalq aeroportunun nümayəndəsi Maryus Zelyanyus “LRT” radiosunun efirində açıqlayıb.
Onun sözlərinə görə, “DHL” şirkətinə məxsus təyyarə hava limanına yaxınlaşarkən qəzaya düşüb:
“İlkin məlumata görə, göyərtədə iki pilot və şirkətin iki əməkaşı olub. Pilotlardan birini xilas etmək mümkün olsa da, digərlərinin taleyi, eləcə də təyyarənin üzərinə düşdüyü evdə kiminsə olması barədə hələ məlumat yoxdur”.
Təyyarə Leypsiq şəhərindən Vilnüsə uçuş həyata keçirirmiş.
Oxu24.com
ŞƏRHLƏR