Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123767
az

Yüksək qan təzyiqi olanlar BU XƏBƏRİ OXUSUNLAR -Bəzi tərəvəzlər cəmi bir günə aşağı salır

19:0024 Noyabr, 2024
38
  • A

"Edith Cowan Universiteti"nin ( Avstraliya ) alimləri qan təzyiqini azaltmaqda ən təsirli olan xaç ağacı tərəvəzlərinin - müxtəlif növ kələm, şalgam, arugula və ispanaq olduğunu müəyyən ediblər.

OXU24.COM xəbər verir ki, araşdırmanın nəticələri "BMC Medicine" tibb jurnalında dərc olunub.

Tədqiqatda orta yaşı 68 olan 18 könüllü iştirak edib. Bütün iştirakçılar arterial hipertenziyadan əziyyət çəkirlər. Könüllülər onlar üçün seçilən pəhrizdən asılı olaraq iki qrupa bölünüblər. Birinci qrup kabaq, pomidor və kartof kimi müntəzəm tərəvəzlərin istehlakını artırıb, ikinci qrup isə yalnız xaç ağacı tərəvəzləri yeməyə diqqət yetirib.

Nəticələr göstərib ki, xaç ağacı tərəvəzləri yeyən insanlar təcrübənin başlanmasından cəmi bir gün sonra qan təzyiqinin əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Hipertoniyaya qarşı ən təsirli "mübarizələr" kələmin müxtəlif növləri (ağ kələm, gül kələm, Çin kələmi, Brüssel kələmi, kolrabi, brokoli), şalgam, rukkola, ispanaq, turp və vəzəri olub. Müntəzəm tərəvəz yeyən digər qrupda qan təzyiqində ciddi dəyişiklik müşahidə olunmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi